Gündəm / Dünya
13 iyul 2023
0
Finlandiyalı həmkarı Hakan Fidandan üzr istəyib
Finlandiyanın xarici işlər naziri Elina Valtonen türkiyəli həmkarı Hakan Fidandan üzr istəyib.
Milliinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir həmkarına Finlandiyanın maliyyə nazirinin sözlərinə görə üzrxahlıq edib.
"Hakan Fidaniyə keçən həftə NATO sammiti çərçivəsində və Brüsseldə səmərəli danışıqlara görə təşəkkür edirik. Bir neçə il əvvəl yeni hökumətimizin bir üzvünün dediyi yersiz fikirlərə görə hökumətimizin üzrxahlığını da çatdırdım. Onlar bizim dəyərlərimizi əks etdirmir və heç vaxt da əks etdirməyəcək. Finlandiya bir müttəfiq kimi Türkiyə ilə ikitərəfli münasibətləri yüksək qiymətləndirir", - XİN rəhbəri "Twitter" səhifəsində bildirib.
Daha çox xəbər: