Gündəm / Siyasət
02 avqust 2023
0
"Müharibədə qalib gəlmək mənim həyatımın missiyası idi" - İlham Əliyev
Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Azərbaycanın siyasi amillərə, işğal altındakı ərazilərdə uzunmüddətli infrastruktur layihələrinə, minalarla dolu müdafiə sədlərinə baxmadan müharibədə qalib gəldiyini xatırladan Prezident İlham Əliyev qeyd edib: “Sonradan “Zəfər yolu” adlandırdığım yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yol idi. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq. Beləliklə, bu, artıq tamamlanmış bir nömrəli missiya idi. İndi isə biz sülh haqqında danışırıq”.
Daha çox xəbər:
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
Gündəm / Siyasət"Onlar torpaqları geri qaytarmadan sülh istəyirdilər" - İlham Əliyev
Gündəm / Siyasət"Biz heç kimdən asılı deyilik" - Dövlət başçısı
Gündəm / İqtisadiyyat"Hələ ki, sülh əldə edilməyib" - İlham Əliyev
Gündəm / SiyasətPrezident İlham Əliyev: "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir"
Siyasət