Gündəm
02 sentyabr 2023
0

Həbs edilən generalın məhkəməsinin vaxtı bilindi

Həbs edilən generalın məhkəməsinin vaxtı bilindi

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və onunla birgə ittiham olunan Vüsal Əlizadə, Cəlal Kazımov və Bayram Bayramovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimlərinin iş yükünün ağır olması səbəbindən 128 cildlik cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.

Fikrət Əliyev bununla bağlı Bakı Hərbi Məhkəməsinə ezam edilib.

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.

Cinayət işi üzrə dövlətə dəymiş ziyanın ilk olaraq 80 milyon manata yaxın olduğu açıqlanmışdı.

Nizami Məmmədovun vəklili mətbuata açıqlamasında iş üzrə dəyən zərərin 40 milyon manat təşkil edən hissəsinin təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini bildirib.