Gündəm / Cəmiyyət
05 sentyabr 2023
0
DYP-dən Gürcüstana gedən Azərbaycan vətəndaşlarına MÜRACİƏT
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Gürcüstan Respublikasına səfər edən Azərbaycan Respublikasının vətəndaşları barədə tətbiq edilmiş inzibati cərimələrin ölkəmizdə elektron xidmətlər vasitəsilə ödənilməsi qaydaları ilə bağlı məlumat yayıb.
BDYPİ-dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinə istinadən bildirir ki, həmin ölkəyə səfər etmiş vətəndaşlarımız barədə Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin Patrul Polis Departamenti tərəfindən tətbiq edilmiş inzibati cərimələrin elektron xidmətlər vasitəsilə ödənilməsi mümkündür.
Bu məqsədlə, Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet saytı olan https://videos.police.ge/, eləcə də real vaxt rejimində (onlayn) ödəmə imkanı verən https://police.ge/protocol/index.php veb-səhifələrində identikləşdirmə üçün müvafiq rekvizitlər daxil etməklə şəxs barəsində yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq olunmuş inzibati tənbeh tədbirləri haqda məlumatlar əldə edə və inzibati cərimələr üzrə ödəmələr aparıla bilər.
Daha çox xəbər:
Maşın nömrələri elektron qaydada veriləcək - FƏRMAN
Gündəm / SiyasətDYP-dən sürücülərə MÜRACİƏT
Gündəm / ŞouDYP-dən yeni dərs ilinin başlanması ilə bağlı MÜRACİƏT
Gündəm / CəmiyyətSüleyman Nemətov onu Naxçıvana DYP rəisi TƏYİN ETDİ
Gündəm / CəmiyyətVilayət Eyvazov Daşkəsənə DYP rəisi TƏYİN ETDİ
Gündəm / Cəmiyyət