Gündəm / Siyasət
16 sentyabr 2023
0
"İrəvan öhdəliklərindən imtina etsə..." - Hikmət Hacıyev
"Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edərsə, Azərbaycan alternativ nəqliyyat marşrutları üzərində çalışacaq".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan logistika ehtiyaclarını “Ermənistan hökumətinin şıltaqlığı”na uyğunlaşdırmaq niyyətində deyil və ölkəmiz regional tərəfdaşları ilə birlikdə irəliləyəcək:
“İrəvan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina edərsə və əgər təcrid olunmuş vəziyyətdə qalmağı davam etdirmək istəyirsə, o zaman Bakı gözləmək fikrində deyil. Regionun digər ölkələri ilə alternativ layihələr üzərində artıq fəal işlər görülür".
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki sıx ticari-iqtisadi əlaqələr regionun sülh, sabitlik və rifahına töhfə verəcək. Bu istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiyanın mövqeyini Azərbaycan yüksək qiymətləndirir.
Hikmət Hacıyev bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlarda müəyyən durğunluq müşahidə olunur.
"Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatının müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin Ermənistan ərazisindən keçərək təmin edilməsi deməkdir. Bəyanatın bu bəndi, təqribən üç ilə yaxın zaman keçsə də, Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib", - Prezidentin köməkçisi qeyd edib.
“Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın özü üçün sərfəlidir, hansı ki, bu ölkə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın müddət ərzində regionun nəqliyyat və logistika arxitekturasından kənarda qalıb”, - H.Hacıyev vurğulayıb.
Daha çox xəbər:
Hikmət Hacıyev: “İrəvan öhdəliklərindən imtina etsə, Bakı alternativ nəqliyyat marşrutları üzərində işləyəcək”
Gündəm / Siyasət"Dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq" - Hikmət Hacıyev
Gündəm / Siyasət"Qarabağ Azərbaycanın daxili işidir" - Hikmət Hacıyev
Gündəm / Siyasət"Ermənistan bundan nəticə çıxarmalıdır" - Hikmət Hacıyev
Gündəm / SiyasətPrezidentin köməkçisi: “Qarabağ Azərbaycanın daxili məsələsidir”
Gündəm / Siyasət