Gündəm / İqtisadiyyat
20 sentyabr 2023
0
Baş nazirdən Naxçıvanla bağlı - Sərəncam
Baş nazir Əli Əsədov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“1. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
Daha çox xəbər:
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM
Gündəm / SiyasətPrezident onu Naxçıvana səlahiyyətli nümayəndə TƏYİN ETDİ
Gündəm / SiyasətRəşad Nəbiyev Naxçıvana getdi - Rəhbər şəxslərlə görüşdü
Gündəm / Cəmiyyət“Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib
SiyasətAzərbaycanda uşaqlarla bağlı yeni qanun hazırlanacaq - SƏRƏNCAM
Gündəm / Siyasət