Gündəm / Dünya
28 sentyabr 2023
0
Bolqarıstan Rusiya neftinin LUKOIL zavoduna tədarükünü qadağan edəcək
Bolqarıstan Rusiya neftinin yerli LUKOIL neft emalı zavoduna tədarükünü qadağan edəcək.
Bu barədə Bloomberg məlumat dərc edib. Ölkə Rusiya xammalının idxalını tədricən azaltmağa başlayacaq.
Bolqarıstan qanunvericiləri Neftohim Burqas neft emalı zavodunda Rusiyadan gələn neftin istifadəsinin bu ilin sonunadək 80%-ə qədər məhdudlaşdırılması, gələn ilin oktyabrına qədər isə tamamilə dayandırılması təklifini təsdiqləyiblər. Agentliyin məlumatına görə, zavod başqa təchizatçılar axtarmalı olacaq. Bu, Qazaxıstan, Yaxın Şərq və ya Şimali Afrika ola bilər.
Neftochim Burqas neft emalı zavodu Balkan yarımadasında ən böyük neft emalı müəssisəsi və Bolqarıstanın daxili bazarını yanacaqla təmin edən əsas təchizatçısıdır.
Daha çox xəbər:
Serbiya Rusiyadan neft tədarükünü dayandıracaq
Gündəm / DünyaSOCAR-ın Karbamid Zavoduna yeni direktor təyin edilib
Gündəm / CəmiyyətRusiyada neft emalı zavodunda güclü partlayış - Ölən və yaralananlar var
Gündəm / DünyaNeft Emalı Zavoduna yeni direktor təyin edildi
CəmiyyətSTAR-ın baş direktoru: “Neft 1 ilə 35 ABŞ dollarına qədər bahalaşa bilər”
İqtisadiyyat / Dünya