Gündəm / Cəmiyyət
02 oktyabr 2023
1
Şahin Mustafayev Xankədiyə gedir
Bu gün Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri və erməni icmasını təmsil edən şəxslər, həmçinin erməni sakinlər arasında növbəti görüş keçiriləcək.
Görüş Xankəndi şəhərində baş tutacaq.
Bir neçə gün öncə Baş nazirin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.
Daha çox xəbər:
Xocalıdakı görüşlə bağlı - Bəyanat
Gündəm / SiyasətPrezident Administrasiyası MƏLUMAT YAYDI
Gündəm / Cəmiyyətİşçi Qrupun növbəti iclasının vaxtı və yeri açıqlandı
SiyasətDaha iki yanacaq dolu maşın Xankəndiyə göndərildi - RƏSMİ
Gündəm / CəmiyyətBu gün Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçiriləcək
Gündəm / Siyasət