Gündəm / Cəmiyyət
10 oktyabr 2023
1
Türkiyədə Qənirə Paşayevaya həsr olunan film çəkilə bilər
Türkiyədə mərhum deputat Qənirə Paşayevaya həsr edilən film çəkilə bilər.
Bu barədə III “Korkut Ata” Türk Dünyası Film Festivalının Zirvə görüşündə Türkiyənin “35mm stüdyo hizmetleri” şirkətinin rəhbəri Ahmet Edebali deyib.
O bildirib ki, filmin ssenarisi, demək olar ki, hazırdır:
“Əgər film çəkilsə, deputat Qənirə Paşayevadan və onun daim danışdığı Qarabağdan və haqlı savaşından bəhs ediləcək. Çünki türk dünyası Qarabağ savaşını və onun haqlı olduğunu daha çox Qənirə xanımın dilindən eşidib. Biz bütün bunları ekran işində əks etdirmək istəyirik. Bilirsiniz ki, Qənirə xanımın bacısı Türkiyədə yaşayır və onunla da əlaqə saxlanılacaq. Əgər onun razılığı və Mədəniyyət Nazirliyinin dəstəyi də olarsa, filmi çəkmək istəyirik”.
Daha çox xəbər:
“Qarabağ” klubu haqqında filmin çəkilişləri başa çatıb
Gündəm / CəmiyyətBakıda “Korkut Ata” Türk Dünyası Film Festivalının zirvə görüşü keçirilib - YENİLƏNİB
Gündəm / SiyasətTürk dünyası üçün xidmətləri unudulmayacaq... - Türkiyədən PAYLAŞIMLAR
Gündəm / CəmiyyətTürkiyəli nazir Qənirə Paşayevadan YAZDI
Gündəm / CəmiyyətParlamentdə mərhum deputatların xatirəsi anıldı
Gündəm / Cəmiyyət