Gündəm / Cəmiyyət
11 oktyabr 2023
2
Beynəlxalq Qızlar Günü: Erkən nikahlarla bağlı vəziyyət ürəkaçan deyil...
Bu gün dünyada "Beynəlxalq Qızlar Günü" qeyd olunur.
2011-ci ilin dekabr ayında BMT Baş Assambleyasının qərarı ilə 11 oktyabr "Beynəlxalq Qızlar Günü" elan edilib.
Qərarın qəbul edilməsindən məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının ayında çoxdur. 2022-ci ildə ölkənin bütün rayon və şəhərləri üzrə sadəcə Yevlaxda həmin il doğulan uşaqlar arasında qız uşaqlarının sayı (56%) oğlan uşaqlarından çox olub. Digər rayon və şəhərlərdə oğlan uşaqları üstünlük təşkil edib.
Mahiyyət etibarilə Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub. Erkən nigahlar qızları uşaqlıq çağından məhrum edir və zorla təhsildən əl çəkməyə məcbur edir. Ölkəmizdə də erkən nikahla bağlı vəziyyət ürəkaçan deyil.
Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan nikah yaşı həm oğlanlar, həm də qızlar üçün 18 yaş müəyyən olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il üzrə şəxslərin erkən nikaha daxil olması halı ən çox Şəmkir rayonunda qeydə alınıb. Burada 2022-ci il ərzində həmin yaşda 18 nəfərin rəsmi nikahı qeydə alınıb.
Ağcabədi rayonunda 17 nəfər, Sabirabad rayonunda 15 nəfər, Yevlax rayonunda 14 nəfər, Ağdaş və rayonlarının hər birində 11 nəfər və Samux rayonunda isə 10 nəfər 17 yaşda rəsmi nikaha daxil olub. Gəncə şəhəri və Tovuz rayonunun hər birində 9 nəfərin, Qobustan rayonunda 8 nəfərin, Quba rayonunda 7 nəfərin, Abşeron, Ağdam, Bərdə, Şabran, Zərdab və Şəki rayonlarının hər birində 6 nəfərin, eləcə də Goranboy, Göygöl, Ağstafa, Saatlı və Hacıqabul rayonlarının isə hər birində 5 nəfərin 17 yaşda rəsmi nikahı qeydə alınıb.
Füzuli, Tərtər, Lənkəran, Masallı, Yardımlı rayonlarının və Mingəçevir şəhərinin hər birində 4 nəfər 17 yaşda rəsmi nikaha daxil olub. İsmayıllı, Siyəzən və Kəlbəcər rayonları üzrə 3 nəfər, Şamaxı, Daşkəsən, Xocavənd, Şuşa, Gədəbəy, Xaçmaz, Laçın rayonları və Şirvan şəhəri üzrə 2 nəfərin bu yaşda rəsmi nikahı qeydə alınıb. Sumqayıt şəhəri, Qazax, Kürdəmir, Ucar, Beyləqan, İmişli, Balakən, Oğuz, Zaqatala, Cəbrayıl, Qubadlı, Neftçala və Biləsuvar rayonlarının hər birində isə 17 yaşda rəsmi nikaha cəmi 1 nəfər daxil olub. Bu rəqəm Bakıda 13, Naxçıvan Muxtar Respublikasında isə 5 olub.
Qeyd edək ki, bu statistika rəsmi nikaha daxil olmağa cəhd etmək istəyənləri göstərir. Reallıqda isə erkən nikaha daxil olanlar daha çoxdur...(Modern.az )
Daha çox xəbər:
"Gender bərabərliyinə nail olmaq üçün 300 il lazım olacaq" - BMT baş katibi
Gündəm / DünyaValideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI
Gündəm / CəmiyyətBakıda məktəbdə qızlar arasında dava düşdü - AÇIQLAMA
Gündəm / CəmiyyətAzərbaycanda 10 yaşdan yuxarı qızlar məktəbdən yayındırılır? - VİDEO
HadisəTələbə qızlar üçün KİRAYƏ EV VAR: Bəs tələbə oğlanlar?.. - ƏNƏNƏVİ PROBLEM
Gündəm / Cəmiyyət