Gündəm / Cəmiyyət
19 oktyabr 2023
0
Azərbaycanda bu şəxslər müəllim ola bilməyəcək
Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək.
Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Komitə sədri Bəxtiyar Əliyev təklif edilən dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu söyləyib. O, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edildiyini bildirib. Buna uyğun olaraq, sənədə daxil olan “Ümumi təhsil haqqında” qanunun 27.2.5-ci maddəsində “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə edilir. Düzəlişə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
Daha çox xəbər:
Azərbaycanda bu şəxslərin cəzaları sərtləşdirilir
Gündəm / SosialBu şəxslər 20 ilədək azadlıqdan məhrum ediləcək
Gündəm / Cəmiyyət14 yaşlı qızını sevgilisi ilə cinsi əlaqəyə məcbur edən ana azadlığa buraxıldı
Gündəm / CəmiyyətAzərbaycanda şok!Quşçuluq broylerində qadınları cinsi istismara məruz qoyurlar?
GündəmMaskadan istifadə etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimələnəcək
Cəmiyyət / Sosial