Gündəm / Cəmiyyət
21 oktyabr 2023
2
Misirdə Qəzza zolağında münaqişənin həlli üzrə sammit keçirilir

Misirin paytaxtı Qahirədə Qəzza zolağında münaqişənin həlli üçün sammit keçirilir.
30-dan çox ölkə və bir sıra beynəlxalq və regional təşkilatların iştirak etdiyi tədbiri “Al Arabiya” yayımlayır.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin təşəbbüsü ilə təşkil olunan toplantıda Fələstin lideri Mahmud Abbas, BMT, Aİ, Böyük Britaniya, Yunanıstan, Türkiyə, Kipr, İtaliya və Rusiya nümayəndələri iştirak edir.
Tədbir zamanı Misir lideri sammit iştirakçılarını Qəzza zolağında humanitar fəlakətə son qoymaq və İsraillə fələstinlilər arasında sülhə gedən yolu canlandırmaq üçün yol xəritəsini razılaşdırmağa dəvət edib.

Daha çox xəbər:

İsrail HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdi
Gündəm / Dünya
İsrail Qəzzada yalnız bu silahlardan istifadə edir
Gündəm / Dünya
İsrail ordusu Qəzzada 500-dən çox hədəfi zərərsizləşdirib
Gündəm / Dünya
Misir Rəfah keçid məntəqəsini yenidən bağladı - YENİLƏNİB
Gündəm / Cəmiyyət
İsrail iki ölkədəki səfirliyini təxliyə etdi
Gündəm / Cəmiyyət