Gündəm / Cəmiyyət
03 noyabr 2023
0

XİN mina terroru qurbanlarının sayını açıqladı

XİN mina terroru qurbanlarının sayını açıqladı


Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münaqişədən sonra ölkədə qalan mina probleminin həll olunmamasından növbəti dəfə narahatlığını bildirib.

Nazirliyin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş rəsmi açıqlamada Ermənistan silahlı qüvvələri tərəfindən yerləşdirilmiş minaların “Azərbaycan vətəndaşlarını öldürmək və şikəst etmək”də davam etdiyi bildirilir.

XİN bildirib ki, Tərtər rayonunda bu yaxınlarda baş vermiş mina partlayışı nəticəsində 24 yaşlı mülki vətəndaşın ayağı amputasiya olunub. Münaqişə bitdikdənsonra mina terroru qurbanlarının sayı 336 nəfərə çatıb.