Gündəm / Hadisə
14 noyabr 2023
0
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
MƏQAM MTK-nın vəzifəli şəxsləri tərəfindən Nərimanov rayonu, Xətai prospekti 41 ünvanında yerləşən və paylı mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş müraciət üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.
Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Cəmil Qasımovun qeyd edilən MTK-nın icraçı direktoru vəzifəsində işləyərkən söküntü işlərinin aparılmasına dair müqavilə bağlanmış şəxsə guya həmin mənzildə payları olan şəxslərin razılığının alınması barədə yalan məlumat verərək ümumi sahəsi 111.2 kvadratmetr olan yaşayış sahəsinin 38.07 kv.metr hissəsinin qanunsuz sökülməsinə nail olması və nəticədə vətəndaşa 71 min manatdan artıq məbləğdə maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Cəmil Qasımova Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilib.
Daha çox xəbər:
Azərbaycanda MTK rəhbəri HƏBS EDİLDİ
Gündəm / CəmiyyətŞabran xəstəxanasında mənimsəməyə görə cinayət işi açıldı
HadisəVəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
HadisəTikinti şirkətinin vəzifəli şəxsləri HƏBS EDİLDİ
HadisəEyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi
Gündəm / Cəmiyyət