Gündəm / Cəmiyyət
04 dekabr 2023
1

MSK sədrinə yeni səlahiyyət verilib - FƏRMAN


Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı genişləndirilib.

Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısın aşağıdakı şəxslər də əlavə edilir:

İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı istisna olmaqla, siyasi partiyanın sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olması ilə bağlı inzibati xətalar haqqında işlər üzrə protokol:

- inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası adından – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri;

- vergi nəzarəti zamanı aşkar edildiyi hallarda Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından – vergilər naziri, onun müavinləri, vergilər nazirinin müşavirləri, Aparatın rəhbəri, onun müavinləri, Aparatın departamentlərinin (idarə, şöbə və bölmələrinin) baş direktorları (direktorları), onların müavinləri, onların tərkibində idarənin (şöbənin, bölmənin) direktorları (rəhbərləri), onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünas, baş təhqiqatçı, baş əməliyyat müvəkkilləri), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünas, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkilləri), dövlət vergi müfəttişləri (hüquqşünas, təhqiqatçı, əməliyyat müvəkkilləri), Vergilər Nazirliyi yanında departamentlərin baş direktorları, onların müavinləri, ərazi vergilər departamentlərinin (idarələrinin) baş direktorları (direktorları), onların müavinləri, rayon vergilər şöbələrinin direktorları, onların müavinləri, onların tərkibində idarənin (şöbənin, bölmənin) direktorları (rəhbərləri), onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünas, baş təhqiqatçı, baş əməliyyat müvəkkili, baş müvəkkil, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünas, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük müvəkkil, xüsusilə mühüm işlər üzrə müstəntiq), dövlət vergi müfəttişləri (hüquqşünas, təhqiqatçı, müstəntiq, əməliyyat müvəkkili, müvəkkillər), Naxçıvan Muxtar Respublikasının vergilər naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının şöbə (bölmə) rəisləri, onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar), dövlət vergi müfəttişləri (hüquqşünaslar), böyük müstəntiqlər, müstəntiqlər, baş təhqiqatçılar, böyük təhqiqatçılar, təhqiqatçılar, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, onun müavini, İdarənin tərkibində şöbə (bölmə) rəisləri, onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar), dövlət vergi müfəttişləri (hüquqşünaslar), Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri, onların tərkibində bölmə rəisləri, onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar), dövlət vergi müfəttişləri (hüquqşünaslar).