Gündəm / Dünya
06 dekabr 2023
0
ABŞ mətbuatı İsrailin “tunel” planı haqqında yazdı
İsrail HƏMAS-ın hərbi qərargah kimi istifadə etdiyi iddia edilən “tunelləri” dəniz suyu ilə doldurmağı planlaşdırır.
The Wall Street Journal-ın məlumatına görə, ABŞ rəsmiləri İsrailin Həmas-ın tunel şəbəkəsini dəniz suyu ilə doldurmaq üçün böyük nasos sistemi quraşdırdığını iddia edib.
Rəsmilər bildiriblər ki, İsrail bu sistemlə tunelləri dağıtmağı və Həmas üzvlərini sığınacaqlardan çıxarmağı hədəfləyir.
Bəzi ABŞ rəsmiləri planla bağlı narahatlıqlarını ifadə edərkən, bəzi səlahiyyətlilər də ABŞ-ın tunellərin fəaliyyətini dayandırmasını dəstəklədiyini və plana qarşı çıxmayacağını bildirib.
İsrail indiyə qədər təxminən 800 tunel müəyyən etdiyini, lakin tunel şəbəkəsinin bilinəndən çox daha böyük olduğunu iddia edib.
Digər tərəfdən, rəsmilər dəniz suyunun tunellərə buraxılacağı təqdirdə Qəzzada şirin su qaynaqlarının çirklənəcəyini və infrastrukturun zədələnəcəyini açıqlayıb.
Daha çox xəbər:
İsrail HƏMAS-ın hərbi-dəniz obyektlərinə zərbələr endirdi
DünyaQəzzada atəşkəs olmayacaq - Netanyahu
Gündəm / Dünyaİsrailin Qəzzadakı quru əməliyyatı 3 ay davam edə bilər
Gündəm / DünyaŞok plan: İsrail iki ölkədən torpaq qoparacaq – Video
Gündəm / Dünyaİsrail Türkiyə mallarının idxalına qadağa qoydu
Gündəm / Dünya