Gündəm / Dünya
06 dekabr 2023
0
Çin 4-cü nəsil atom elektrik stansiyasını istifadəyə verdi
Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını (AES) işə salıb.
Bu barədə Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsi məlumat yayıb.
Məlumata görə, yüksək temperaturlu qazla soyudulan reaktora malik “Shidaowan” qurğusu Şərqi Şandun əyalətində yerləşir. Qeyd olunduğu kimi, AES 168 saat fasiləsiz sınaq rejimində işləyib və rəsmi olaraq kommersiya istismarına verilib.
"Bu, Çinin dördüncü nəsil nüvə enerjisi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqi sahəsində dünyanın aparıcı səviyyəsinə çatdığını göstərir", - idarənin saytında dərc olunan bəyanatda vurğulanır.
Qazla soyudulan reaktorun ən mühüm üstünlüyü onun elektrik enerjisi istehsalı sahəsində təhlükəsizliyidir və buna görə də belə atom elektrik stansiyalarının geniş perspektivləri var.
Daha çox xəbər:
Ərəb dünyasında ilk Atom Elektrik Stansiyası fəaliyyətə başladı
DünyaUkraynada AES-də baş verən yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)
Gündəm / Dünya"Ukraynada 4 AES-in hamısı müharibə səbəbindən təhlükə altındadır" - Zelenski
Gündəm / DünyaƏrdoğan Akkuyu AES-dəki mərasimdə onlayn iştirak edəcək
Gündəm / DünyaKadırovçular nüvə təhlükəsizliyinə nəzarət edən bir neçə nəfəri öldürdü
Dünya