Gündəm / Dünya
04 mart 2022
26
Ukraynada AES-də baş verən yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)

Ukraynada Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın söndürülüb.
Milliinfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat verib.
Qeyd olunub ki, Enerqodar şəhərindəki yanğın saat 06.20-də (08.20 Bakı vaxtı) söndürülüb. Ölən və xəsarət alan yoxdur.
***
08:36
Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye atom elektrik stansiyasında yanğın başlayıb.
Milliinfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə atom elektrik stansiyasının işçilərindən biri məlumat verib.
“Diqqət! Rusiyanın texnikası Zaporojye AES-ə atəş açır. Avropanın ən böyük atom elektrik stansiyasında real nüvə təhlükəsi var. Biz Zaporojye AES-i ağır texnikadan atəş açılmasının dayandırılmasını tələb edirik!”- o, videomüraciətində deyib.
Enerqodar şəhərinin meri Dmitri Orlov da faktı təsdiq edib.
“Dünya təhlükəsizliyinə təhdid! Düşmənin Avropanın ən böyük atom elektrik stansiyasının bina və bölmələrini davamlı atəşə tutması nəticəsində Zaporojye AES-i yanır!”, - mer bildirib.
Qeyd edək ki, artıq yanğın lokallaşdırılıb.

Daha çox xəbər:

Ərəb dünyasında ilk Atom Elektrik Stansiyası fəaliyyətə başladı
Dünya
Oğuzda dağlıq ərazidə baş verən yanğın söndürüldü
Gündəm / Cəmiyyət
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Hadisə
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Gündəm / Hadisə
Bakının mərkəzində baş verən yanğın söndürüldü - YENİLƏNİB
Gündəm / Hadisə