Gündəm / Cəmiyyət
06 dekabr 2023
1
Həbsdə olmuş sabiq icra başçısı VƏFAT ETDİ
Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edib.
Bir müddət əvvəl səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov ötən axşam evində vəfat edib.
Qeyd edək ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunmuşdu.
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub. Bu il il iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılmışdı.
Onu da qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkirdi. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunmuşdu.
Daha çox xəbər:
Həbs edilən sabiq icra başçısı azadlığa BURAXILDI
Gündəm / HadisəQoca Səmədov azadlığa buraxıldı
Gündəm / CəmiyyətHəbs edilən icra başçısı apellyasiya şikayəti verdi
Gündəm / CəmiyyətHəbs edilən sabiq icra başçısının məhkəməsinin vaxtı bilindi
Gündəm / CəmiyyətSabiq icra başçısı həbsxanada vəfat etdi
Gündəm / Hadisə