Gündəm / Cəmiyyət
16 dekabr 2023
0

Tiktoker Ləman saxlanılıb

Tiktoker Ləman saxlanılıb


Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Ləman Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov lent.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcək.