Gündəm / Cəmiyyət
19 dekabr 2023
0
Bu atributları və ya simvolları yayanlar cəzalandırılacaq
Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti müəyyənləşir.
Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə və ya yayma, yaxud nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə isə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məcəlləyə dəyişiklik layihəsi səsverməyə qoyularaq l oxunuşda qəbul edilib.
Daha çox xəbər:
Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti LƏĞV EDİLİR
Gündəm / CəmiyyətBu şəxslər 20 ilədək azadlıqdan məhrum ediləcək
Gündəm / CəmiyyətBu qanunvericilik dəyişdirilir
İqtisadiyyatBu işlə məşğul olanlar 10 il həbs ediləcək
Gündəm / CəmiyyətQubad İbadoğlu bu maddə ilə ittiham olunur - Onu neçə il həbs gözləyir?
Gündəm / Hadisə