Gündəm / Cəmiyyət
09 yanvar 2024
0
Təqsirli şəxslər məsuliyyətə cəlb olunacaq - Baş Prokuror
Respublika Perinatal Mərkəzində yanğın gecə saat 03:05 radələrində başlayıb.
Bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, növbətçi həkim 7 dəqiqə sonra otağa daxil olub, aidiyyəti qurumlara məlumat verib:
“Təbii ki, qısa müddətdə yanğının digər şöbələrə keçməsinin qarşısı alınıb. Lakin təəssüf ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb. Onlar intensiv terapiya şöbəsində küvəz aparatlarında olublar. Bizə bütün hadisələri diqqətlə araşdırmağımız üçün vaxt lazımdır. Təqsirli şəxslər məsuliyyətə cəlb olunacaq. Bütün zərərçəkmişlərə, hazırda müalicə alanlara şəfa diləyirik”.
Daha çox xəbər:
Perinatal Mərkəzdə dəhşətli yanğın: Ölüm və zəhərlənmələr...
HadisəBaş Prokuror: "Erməni təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb"
GündəmTƏBİB ana və körpə ölümü barədə məlumat yaydı
HadisəAzərbaycanda DƏHŞƏT: Nənə və nəvəsi yanaraq öldü
Gündəm / HadisəQəbələdə meşədəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
Gündəm / Hadisə