Gündəm / Cəmiyyət
22 yanvar 2024
1

Bakının iki qəsəbəsinə metro xətti çəkilir


Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsinə metro xətti çəkilir.

Artıq layihə hazırdır və bu istiqamətdə işlərə başlanılıb.

Məlumata görə, prosesə texnikalar cəlb edilib, işlər sürətlə davam etdirilir. Hazırda yeraltı qazıntı işlərinin Xətai rayonu, Gəncə prospekti istiqamətində irəlilədiyi bildirilir.

İddialara görə, metronun giriş-çıxış istiqamətləri Zığ-Suraxanı və Zığ-Hövsan yolu istiqamətlərindən biri olacaq.

Bundan əlavə Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazisində də metro xəttinin çəkilişinə başlanılıb.(Qaynarinfo)