Gündəm / İqtisadiyyat
27 yanvar 2024
0
“Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılır
Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 14-3-cü maddəsinə və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılır.
Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
Bu Sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
Daha çox xəbər:
Yeni cərimələr hazırlanır - 300 manatdan 4000-ə qədər
Gündəm / CəmiyyətParklanmaya görə ödənişin məbləği təsdiq EDİLDİ
Gündəm / CəmiyyətElm və Təhsil Nazirliyinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
Gündəm / SiyasətOnların maaşı 50 faiz artırıldı - Sərəncam
GündəmYerüstü Nəqliyyat Agentliyinin Nizamnamə fondu təsdiqləndi
Gündəm / Cəmiyyət