Gündəm / Dünya
02 fevral 2024
0
Paşinyanın bu bəyanatı alçaqlıqdır - Moskvadan sərt AÇIQLAMA
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığına dair alçaq bəyanatla çıxış edib.
Bu barədə “NEWS.ru”ya açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı Viktor Sobolev deyib.
O, Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi bazasının olduğunu xatırladıb.
“Mən bu bəyanatdan şoka düşdüm, çünki Ermənistanda Rusiyanın hərbi bazaları - aviasiya bazası, bütöv bir diviziyası var. Və o, belə bir bəyanat verir. Görünür, tamamilə ABŞ-nin təsiri altına düşüb. Amerika da Mərkəzi Asiya istiqamətində, Uzaq Şərqdə, Şimal-Qərbdə anti-Rusiya fəaliyyətlərini gücləndirir. Bu, gözlənilən idi, lakin Paşinyan tərəfindən səsləndirilən bəyanat alçaqlıqdır”, - Sobolev qeyd edib.
Daha çox xəbər:
Paşinyanın Rusiyaya səfəri başlayıb
DünyaPaşinyan Putinlə Qarabağı müzakirə edib
Gündəm / DünyaRusiya İlham Əliyev və Paşinyan görüşü üçün öz ərazisini təklif etdi
Gündəm / SiyasətMoskvadan qaçan İrəvan Parisə daha da yaxınlaşır... - NƏ BAŞ VERİR?
Gündəm / DünyaPaşinyandan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı AÇIQLAMA
Dünya