Gündəm / Cəmiyyət
28 fevral 2024
0
Nikah yaşının azaldılması ilə bağlı istisna ləğv edilsin! - TƏKLİF
Erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.
O qeyd edib ki, bu halların qarşısının alınması və cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir.
"O cümlədən nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur", - Komitə rəsmisi deyib.
Qeyd olunub ki, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilb. 2021-ci illə müqayisədə 361 nəfər artım olub. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. Ailə Məcəlləsinə əsasən, nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib.
Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən 2022-ci ildə 269 erkən evliliyin qarşısı alınıb. Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə isə 2023-cü ildə 1 cinayət işi açılıb.
Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq nikah yaşı 18-dir. Qanuna görə, xüsusi hallar olarsa, nikah yaşı 17-yə endirilə bilər.
Daha çox xəbər:
Cəmiyyəti ciddi narahat edən erkən nikah problemi: Həkimlərdən XƏBƏRDARLIQ - VİDEO
Gündəm / Cəmiyyət"Pensiya yaşının azaldılması gündəmdə deyil" - DSMF sədri
Gündəm / CəmiyyətBeynəlxalq Qızlar Günü: Erkən nikahlarla bağlı vəziyyət ürəkaçan deyil...
Gündəm / CəmiyyətUşaq hüquqları üzrə monitorinq sistemi təkmilləşdiriləcək
Gündəm / Cəmiyyət / SosialŞagirdlərin qeyri-etik davranışları ilə bağlı xüsusi cəza…
Gündəm / Təhsil