Gündəm / Cəmiyyət / Sosial
12 yanvar 2021
45
Uşaq hüquqları üzrə monitorinq sistemi təkmilləşdiriləcək
Milliinfo.az
Uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Fərid Ədilov deyib.
Onun sözlərinə görə, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planında uşaqlara qarşı zorakılıq hallarının öyrənilməsi məqsədilə statistik təhlillər aparılması, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi, uşaqların peşəyönümü meyillərini özündə ehtiva edən sorğuların hazırlanması və həyata keçirilməsi planlaşdırılır.

Daha çox xəbər:

“Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib
Siyasət
Dövlət Komitəsi köçkün ailəsini nəzarətə götürdü
Cəmiyyət / Sosial
Uşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib
Gündəm
Təhsil müəssisələrində pandemiya dövründə tibbi xidmət necə qurulmalıdır?
Gündəm / Cəmiyyət / Sosial / Təhsil
Sentyabrın 15-dən uşaq bağçaları açılacaq
Gündəm / Cəmiyyət / Sosial