Gündəm / Cəmiyyət
28 fevral 2024
0
Dünyada 1 milyard insan türk seriallarını izləyir
Türkiyə istehsalı olan serialların tamaşaçı auditoriyası hazırda 1 milyard nəfərə çatır.
Bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya idarəsinin başçısı Fahrettin Altun TRT1 televiziya kanalının “Mehmet: Fəthlər sultanı” adlı yeni serialının təqdimatında bildirib.
Onun sözlərinə görə, təkcə üç il ərzində dünyada türk seriallarını almağa maraq 183 faiz artıb.
“Bu gün dünyada 1 milyard insan türk seriallarına baxır. Bu, real uğurun çox mühüm göstəricisidir”, - deyə Altun vurğulayıb.
Türkiyə Prezidenti Administrasiyası təmsilçisi diqqəti yerli kino sənayesinin gələcək inkişafının mühümlüyünə çəkərək deyib: “Filmlərin və serialların istehsalı Türkiyənin tanınmasına böyük töhfə verir, ölkəmizin nüfuzunu möhkəmləndirir”.
Daha çox xəbər:
"Türkiyənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir" - Prezident
Gündəm / Siyasət"Ötən il Türkiyənin ixracatı 12,9 faiz artıb" - Ərdoğan
Gündəm / DünyaƏrdoğan onu vəzifəsində saxladı
Gündəm / Cəmiyyət120-dən çox ölkənin lideri Ərdoğanı təbrik edib
Gündəm / Dünya“Türkiyə - tək ürək” proqramından dünya REKORDU
Gündəm / Cəmiyyət