Gündəm / Siyasət
16 mart 2023
0
"Türkiyənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir" - Prezident
Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
Dövlətimizin başçısı bildirib: “Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir”.
Daha çox xəbər:
"Azərbaycan və Türkiyə daim bir-birinin yanında olub" - İlham Əliyev
Gündəm / SiyasətTürk dünyasının diqqəti Ankarada - Bu gün liderlər görüşəcək
Gündəm / SiyasətBu gün Türk Şurası dövlət başçılarının 8-ci Zirvə görüşü keçiriləcək
Gündəm / SiyasətPrezident TDT-nin Fövqəladə Zirvə görüşündə iştirak edir - CANLI
Gündəm / SiyasətAzərbaycan Türkiyəyə nə qədər yardım göndərib? - Prezident AÇIQLADI
Gündəm / Siyasət