Gündəm / Siyasət
29 fevral 2024
0
Zurabişvili eyham vurdu: Mişanı əfv edəcək - Təcili
Mixail Saakaşvilinin əfv edilib-edilməməsi ilə bağlı qərar Gürcüstan prezidentinin mənəvi məsuliyyətidir və buna heç kim təsir edə bilməz.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“Mən bu məsələyə münasibət bildirmirəm. Bu, özümün verəcəyim və buna görə də özümə cavabdeh olacağım mənəvi qərardır. Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi bir məsələ deyil”, - Zurabişvili bildirib.
Prezident bununla yanaşı bildirib ki, Saakaşvili real səbəblərdən həbs edilib:
“Bu o demək deyil ki, biz humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik. Həbsxanada onun başına gələnləri çox diqqətlə izləyirdim. Razıyam ki, reputasiya baxımından onun başqa yerdə yerləşməsi daha yaxşı olardı. Bu, hökumətin verməli olduğu bir qərardır. Digər ölkələrin istifadə etdiyi bir çox imkanlar var - ev dustaqlığı, ekstradisiya. Ukrayna ekstradisiyaya hazır olduğunu bildirdi, amma bunun nə dərəcədə rəsmi olduğunu bilmirəm. Beləliklə, imkanlar var”.
Qeyd edək ki, bir müddət öncə Ukrayna parlamenti Saakaşvilinin azad edilməsi ilə bağlı Prezident Salome Zurabişviliyə müraciət ünvanlamışdı.
Daha çox xəbər:
Zurabişvili Saakaşvilinin azadlığa çıxmağını istəmir
Gündəm / DünyaGürcüstan prezidenti ölkənin müsəlman vətəndaşlarını təbrik edib
DünyaAvropa imtina etsə, gürcülər məğlub, Rusiya qalib olacaq - Zurabişvili
DünyaO, Gürcüstanda ikinci cəbhə açmaq istəyir - Kvaraçxeli
Gündəm / DünyaSaakaşvili yenidən həbsxanaya qayıdacaq
Gündəm / Dünya