Gündəm / Cəmiyyət
04 mart 2024
7
Azərbaycanın İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb: 11 şəhər, 64 rayon
Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb. Təsnifat hazırlanarkən Ağdərə rayonunun yaradılması, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi və digər məsələlər nəzərə alınıb.
Bu barədə komitədən məlumat verilib.
İnzibati Ərazi Bölgüsü Təsnifatına görə, hazırda Azərbaycanda respublika tabeli 10 şəhər var. Bunlar aşağıdakılardı:
Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax.
Rayonların sayına gəldikdə, hazırda onların sayı 57-dir.
Həmçinin Azərbaycan Respublikasına Naxçıvan Muxtar Respublikası da daxildir.
Muxtar respublika 1 şəhər (Naxçıvan şəhəri) və 7 rayondan (Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.
Daha çox xəbər:
Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü - İlham Əliyevdən FƏRMAN
Gündəm / CəmiyyətŞuşanın bir sıra kəndləri Xocalıya verilib
Gündəm / CəmiyyətQarabağda 8 rayonun ərazi bölgüsü ilə bağlı dəyişikliyin SƏBƏBİ
Gündəm / CəmiyyətQarabağ və Şərqi Zəngəzurda inzibati ərazi bölgülərindəki dəyişiklik - Təsdiqləndi
Gündəm / CəmiyyətGəncənin Nizami və Kəpəz rayonları ləğv olundu
Gündəm / Cəmiyyət