Gündəm / İdman
04 mart 2024
1

Qalmaqala səbəb olan hakim işdən çıxarıldı


İspaniya La Liqasının XXVII turunda "Valensiya" -Real Madrid" matçını idarə edən Xesus Gil Manzano müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Buna qarşılaşmanın son anlarında hakimin verdiyi mübahisəli qərar səbəb olub. Belə ki, "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem əlavə olunuş dəqiqələrdə Brahim Diazın ötürməsindən sonra topu tora göndərsə də, ondan bir neçə saniyə əvvəl baş hakim final fitini səsləndirib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Xesus Gil Manzanonun qərarı paytaxt təmsilçisinin futbolçularının hiddətinə səbəb olub. Cud Bellinqem və Antonio Rudiger mübahisəyə görə qırmızı vərəqə alıblar.