Gündəm / Hadisə
27 mart 2024
0
“Nəsimi” stansiyasında yanğın
Bu gün Bakı Metropoliteninin Binəqədi rayonu Svetlana Məmmədova küçəsində yerləşən “Nəsimi” stansiyasında yanğın olması ilə bağlı məlumat yayılıb.
Stansiyanın girişində yerləşən xidməti otaqda yanğın başlamasını əks etdirən görüntülər yayılıb.
Video ilə bağlı Bakı Metropolitenindən sorğumuza cavab olaraq bildirilib ki, "Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib. Alışmanın qarşısı dərhal alınıb.
Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.

Daha çox xəbər:

Bakıda restoranda yanğın - FOTO
Hadisə
Ukraynada AES-də baş verən yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)
Gündəm / Dünya
Mebel sexində partlayış - Ölənlər var
Gündəm / Hadisə
Partlayışla bağlı iki nazirlikdən açıqlama
Gündəm / Hadisə
Azərbaycanda kollecdə baş verən yanğının səbəbi AÇIQLANDI - YENİLƏNİB + FOTO
Gündəm / Cəmiyyət