Gündəm / Hadisə
02 aprel 2024
0
Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb

Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb. "Report" xəbər verir ki, rayonun Bəyimsarov kənd sakini, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu üzündən, sağ bazunun və döş qəfəsinin sağ hissəsindən çoxsaylı qəlpə yarası alıb.
Tərtərin Kəbirli kənd sakini, 1992-ci ildə anadan olmuş Tağızadə Arzuman Əhliman oğluna sağ bazu oynağının və boyunun açıq yarası diaqnozu qoyulub. Bundan başqa, o, sağ yuxarı ətrafın çoxsaylı, üzün çoxsaylı qəlpə yarası alıb.
Tərtər rayon Sarov kənd sakini, 2006-cı il təvəllüdlü Bağırov Elmin Elnur oğlunun hər iki ayağı amputasiya edilib. Ona eyni zamanda, sol əlin qəlpə yaraları diaqnozu qoyulub.
Hər üç şəxs mal-qara otaran zaman minaya düşüblər.

Daha çox xəbər:

Tərtərdə minaya düşən gəncin vəziyyəti açıqlandı
Gündəm / Cəmiyyət
Kəlbəcərdə qəlpə yarası alan mülki şəxslərin vəziyyəti...
Gündəm / Cəmiyyət
Tərtədə minaya düşən şəxsin hər iki ayağı amputasiya edildi
Gündəm / Cəmiyyət
Ermənilərin Xocavənddəki postunda MİNA PARTLAYIŞI
Gündəm / Dünya
24 yaşlı qazi vəfat etdi
Gündəm / Cəmiyyət