Gündəm / Cəmiyyət
09 aprel 2024
1
Partiyanın ləğvində heç bir siyasi motiv yoxdur - Ədliyyə naziri
"Mühafizəkarlar Hərəkatı/Alt İnfo partiyasının qeydiyyatının ləğvində heç bir siyasi motiv yoxdur".
Bunu Gürcüstan ədliyyə naziri Rati Breqadze bildirib.
"Xəta baş verib və qeydiyyat ləğv edilib. Əgər siyasi partiya səhv edibsə, onun düzəldilməsinə diqqət yetirməli və məsuliyyəti öz üzərinə götürməlidir", - o qeyd edib.
Parlament çoxluğunun lideri Mamuka Mdinaradze isə öz növbəsində ifrat sağçı fikirlərə sadiq qalan və Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan hərəkatla hansısa razılaşmanın olması barədə şayiələri təkzib edib: “Müvafiq idarələrin qəbul etdiyi qərar hüquqi arqumentlərə əsaslanır".
Eyni zamanda, ictimai müdafiəçi Levan İoseliani partiyanın qeydiyyatının ləğvi ilə bağlı qərarı araşdıracağını bildirib.
Daha çox xəbər:
Bu halda siyasi partiyanın fəaliyyəti dayandırılacaq
Gündəm / CəmiyyətƏdlliyyə Nazirliyi bir neçə partiyanı dövlət qeydiyatına aldı
Gündəm / Siyasət / CəmiyyətQubad İbadoğlu partiyasını buraxdı
Gündəm / CəmiyyətSiyasi partiyalar qarşısında yeni tələb qoyulacaq
Gündəm / SiyasətDeputat Azərbaycanda 15 partiyanın olmasını təklif edib
Gündəm / Cəmiyyət