Gündəm / Siyasət
22 aprel 2024
0
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur.
Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkə fəalları insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcək və ictimaiyyəti çaşdıracaq paylaşımlar etməməli, həmçinin davranışlarını təmsil olunduqları sosial şəbəkənin etik qaydalarına uyğun tənzimləməli, yalan, dezinformasiya xarakterli məlumatların yayılmasından çəkinməlidirlər.
"Qeyd etməliyik ki, ümumiyyətlə son dövrlər peşəkar media subyektləri və jurnalistlər sosial mediada yayılan bu qəbildən olan məlumatlara jurnalistika prinsipləri baxımından yanaşaraq peşəkar davranış nümayiş etdirməkdədirlər. Qeyri-dəqiq, mənbəyi bilinməyən və ictimai fikri çaşdırmağa yönəlmiş dezinformasiyaların yayılmasının hüquqi məsuliyyət yaratdığını xatırladaraq sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa səsləyirik", - deyə məlumatda vurğulanıb.
Daha çox xəbər:
Baş Prokurorluq XƏBƏRDARLIQ ETDİ
Cəmiyyət / GündəmNazirlikdən “Facebook” istifadəçilərinə XƏBƏRDARLIQ
Gündəm / CəmiyyətBaş Prokurorluqdan şəhid qardaşının videosu ilə bağlı AÇIQLAMA
Gündəm / CəmiyyətMEDİA və DTX çağırış edib: Şəhid və yaralıların olması barədə saxta məlumatlar yayılıb
Gündəm / CəmiyyətMüdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət etdi
Sosial