Gündəm / Dünya
27 aprel 2024
0
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
Belçika Ukraynaya 2-4 ədəd F-16 qırıcısı tədarük edə bilər.
Bu barədə “7sur7” internet poratlı məlumat yayıb.
“Lakin Baş nazir və müdafiə naziri yaxın gələcəkdə Ukraynaya tədarük edilə biləcək Belçika qırıcılarının sayını dəqiqləşdirməyiblər”, - məlumatda qeyd edilib.
Ötən gün Belçikanın müdafiə naziri Lyudivin Dedonder bildirmişdi ki, ölkəsi 2024-cü ilin sonuna qədər döyüş təyyarələrini Kiyevə tədarük etmək niyyətindədir. Onun sözlərinə görə, tədarük tarixləri ehtiyat hissələrinin, eləcə də ABŞ-dən sifariş edilən yeni təyyarələrin ölkəyə çatdırılmasından asılı olacaq.

Daha çox xəbər:

Marneulidən 1 000 tona yaxın tərəvəz tədarük olunub
İqtisadiyyat / Dünya
ABŞ-ın iki yüksək çinli məmuru Ukraynaya GƏLƏ BİLƏR
Dünya
İki ölkə Ukraynaya PUA tədarükü ilə bağlı razılığa gəldi
Gündəm / Dünya
Xarici işlər naziri: “Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”
Gündəm / Siyasət
Buğda ilə bağlı dövlət standartı dəyişdiriləcək
Gündəm / Dünya