Gündəm / Cəmiyyət
01 may 2024
1
İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir
Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu lazımınca nəzərdən keçirilməlidir.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladan dövlət başçısı bildirib: “Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.
Daha çox xəbər:
İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır
Mədəniyyət"Şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik" - İlham Əliyev
Gündəm / Cəmiyyət“5 gün əvvəl Azərbaycan öz suverenliyini tam təmin edib”
Gündəm / SiyasətPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər
İqtisadiyyat"Müharibədə qalib gəlmək mənim həyatımın missiyası idi" - İlham Əliyev
Gündəm / Siyasət