Gündəm / Hadisə
02 may 2024
0

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ


Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Firqət Məstiyev dünyasını dəyişib.   

Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, Firqət Məstiyev 2022-ci ildə qətl törətdiyi üçün həbs edilib. 

O, Yardımlı rayonunda mağazada satıcı işləyən qadını ona nisyə siqaret vermədiyi üçün baltalayaraq öldürüb.