Gündəm / Cəmiyyət
03 may 2024
0
Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir
Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər. Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilir.
Sessiyaya Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev moderatorluq edir.
Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.
Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.
Daha çox xəbər:
VI Ümumdünya Mədəniyyətlərarası Forumda 700 qonaq olacaq
Gündəm / MədəniyyətBu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır
Gündəm / MədəniyyətPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər
İqtisadiyyatİlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır
MədəniyyətAzərbaycan dünya dini liderlərinin görüşünün keçirilməsinə hazırdır
Gündəm / Siyasət