Gündəm / Cəmiyyət
07 may 2024
0
Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var
Azərbaycanda analıq məzuniyyəti sistemi hazırda 183 nömrəli konvensiyaya uyğundur. Bu uyğunluq analıq məzuniyyətinin müddətini, analığa görə pul müavinətlərini, sosial sığorta təminatını, ayrı-seçkiliyə yol verilməməsini əhatə edir.
Bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) gender bərabərliyi və ayrı-seçkiliklə mübarizə üzrə mütəxəssis Özge Berber Agtaş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində “Azərbaycanda qayğı işi: gender bərabərliyinin daha güclü olduğu iş dünyası naminə qayğı məzuniyyəti və xidmətinə sərmayə” mövzusunda qiymətləndirmənin əsas nəticələri ilə bağlı çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda atalıq məzuniyyəti (14 günlük, ödənişsiz), uzunmüddətli qayğı məzuniyyəti və təxirəsalınmaz məzuniyyət (ödənişsiz) ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən addımlara ehtiyac var.
Onun sözlərinə görə, Azərbaycan BƏT-in “Analığın müdafiəsi haqqında” 183 nömrəli və “Ailə vəzifələri olan işçilər haqqında” 156 nömrəli Konvensiyasını təsdiq edib.
Daha çox xəbər:
Əlil övladı olan analara ŞAD XƏBƏR
GündəmAzərbaycanda koronavirusa yoluxanlara pul VERİLİR
Gündəm / Cəmiyyət1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / SiyasətAzərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlanıb
Hadisə1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / Cəmiyyət