Gündəm / Cəmiyyət
12 oktyabr 2021
28

Azərbaycanda koronavirusa yoluxanlara pul VERİLİR

Azərbaycanda koronavirusa yoluxanlara pul VERİLİR

“Azərbaycanda koronavirus infeksiyası ümumi xəstəlik kimi qəbul olunduğu üçün virusa yoluxan şəxslərə özünütəcrid dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev deyib.

O qeyd edib ki, ilk 14 gün ərzində müavinət sığortaedən tərəfindən, 14 gündən çox olduqda isə yerdə qalan vəsait məcburi dövlər sosial sığortası hesabına ödənilir.