İqtisadiyyat / Cəmiyyət
07 avqust 2020
60
Avqust ayı üzrə birdəfəlik ödəmənin hansı qaydada veriləcəyi açıqlandı
Milliinfo.az
"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək".
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək: "Ödənişlər təkrar yoxlamalar keçirildikdən sonra veriləcək. Ümumilikdə birdəfəlik ödəmə proqramı üzrə yönəldilən vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq ki, bunun da 210 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək".
O bildirib ki, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib: "Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı verilir".
S.Babayev həmçinin xatırladıb ki, işsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsi genişlənəcək: "Həmin ödənişin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanan qanun layihəsi artıq parlamentdə müzakirə olunur. Layihə qəbul edildikdə, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, bu il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək".
Daha çox xəbər:
287 min şəxsə birdəfəlik şəkildə 190 manat ödəmə veriləcək 287 min şəxsə birdəfəlik şəkildə 190 manat ödəmə veriləcək
Təhsil200 min nəfərə də birdəfəlik ödəniş ediləcək
İqtisadiyyat / SosialAvtomobilləri olan 19 200 şəxsə 190 manat verilməsindən imtina edilib
Cəmiyyət / SosialDaha 100 min nəfər üçün birdəfəlik ödəniş köçürüldü
Cəmiyyət / Sosialİyun ayının pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
İqtisadiyyat / Cəmiyyət