Gündəm / Siyasət
08 may 2024
0
Azərbaycan-Türkiyə sənədləri imzalandı - Fotolar
Mayın 8-də Ankara şəhərində Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.
Hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib. Sonda Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət Planlını imzalayıblar.
Daha sonra Azərbaycan Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mətbuata bəyanatlarla çıxış ediblər.
Daha çox xəbər:
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə məktub ünvanlayıb
Siyasət / DünyaƏli Əsədov Fuat Oktayı Füzuli Beynəlxalq Hava Limanında qarşıladı
Gündəm / SiyasətƏrdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
Gündəm / CəmiyyətƏsədov Fatih Dönməzlə görüşdü
Gündəm / SiyasətƏli Əsədov Fuad Oktayla danışdı
Gündəm / Cəmiyyət