Gündəm / Təhsil
17 may 2024
0

İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib

İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib


İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif ediyi yaşayış sahələrinin siyahısına daha 328 yeni, tam təmirli mənzil əlavə edilib.

Bu barədə Fond məlumat yayıb. Mənzillər Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində təklif olunur.

Bildirlir ki, mənzillərin aylıq ödənişi 376 manatdan başlayır.

Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün may 23-dən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4 434 vətəndaşla kirayə müqaviləsi bağlanıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.