Gündəm / Dünya
18 may 2024
0
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının rəhbərliyi təşkilatın büdcəsinə qənaət etmək üçün binada kondisioner sistemini söndürmək qərarına gəlib.
Qənaət tədbirləri arasında BMT kompleksinə daxil olarkən avtomatik qapılara elektrik enerjisinin verilmə müddətinin azaldılması, tərcüməçilərin iş vaxtından artıq işləməsinin qadağan edilməsi və yeni işçilərin qəbulunun məhdudlaşdırılması da var.
BMT administrasiyası iştirakçı ölkələr tərəfindən təşkilata ödənilən vəsaitlər gecikdiyinə görə xərcləri azaltmaq qərarına gəlib. Bu il quruma daxil olan 193 ölkənin üçdə birindən çoxu üzvlük haqqını köçürməyib və borc məbləği 1,7 milyard dolları ötüb. “Bloomberg”in məlumatına əsasən, ABŞ-nin təşkilata 763 milyon dollar borcu var.
Daha çox xəbər:
BMT-nin məlumatları xakerlər tərəfindən ələ keçirildi
Dünya"Taxıl sazişinin uzadılması ilə bağlı müzakirələr davam edir" - BMT
Gündəm / DünyaRusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılması məsələsi müzakirə ediləcək
Gündəm / DünyaNazir: “Şuşada BMT bayrağının dalğalandırılması tarixi hadisədir”
Gündəm / SiyasətBMT-nin insan haqları komitəsi Ermənistanda azadlıqların məhdudlaşdırılmasından narahatdır
Gündəm / Siyasət