Gündəm / Dünya
22 may 2024
0
İran səfiri Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı versiyalardan danışıb
İran Prezidenti İbrahim Rəisinin də olduğu helikopterin qəzaya uğramasının əsas versiyası pis hava şəraiti hesab edilir.
Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “NEWS.ru”ya bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırmanın nəticələrini səbirlə gözləmək qalır: “Bu nöqtədə bildiyimiz odur ki, qəzaya pis hava şəraiti səbəb olub. Aidiyyəti orqanlar bu məsələni araşdırır və biz bu barədə şərh verə bilmərik”.
Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
Daha çox xəbər:
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
Gündəm / Dünyaİran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək - YENİLƏNİB
Gündəm / Dünyaİlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib
Gündəm / SiyasətRəisini daşıyan helikopter ABŞ istehsalı imiş - DETALLAR
Gündəm / DünyaPutin Rəisinin dəfninə görə İrana gedəcək - İDDİA
Dünya