Gündəm / Cəmiyyət
24 may 2024
0
Çin ordusu təlimlər zamanı Tayvan adasını mühasirəyə alıb
Tayvan bölgəsindəki təlimlər zamanı Çin Silahlı Qüvvələri adanı faktiki olaraq mühasirəyə alıb və real döyüş imkanlarını yoxlamaq üçün müxtəlif ssenarilər tətbiq edirlər.
Bunu Çin Xalq Azadlıq Ordusunun (AXC) Şərq Döyüş Komandanlığı Zonasının dərc etdiyi təlimlərin interaktiv xəritəsi sübut edir.
“Birgə Qılınc 2024A” təlimi çərçivəsində Çin ordusunun müxtəlif qoşunları adanın faktiki olaraq bütün istiqamətlərində yerləşdirilib.
Bildirilib ki, təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulan ərazinin nəzarətə götürülməsi, müxtəlif qüvvələrin qarşılıqlı fəaliyyətinin məşq edilməsi və cəlb olunan qüvvə və vasitələrin real döyüş imkanlarının yoxlanılmasıdır.
Komandanlığın bəyanatında deyilir: “Manevrlər Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr, eləcə də kənardan müdaxilə etməyə çalışan qüvvələr üçün ciddi xəbərdarlıq və cəzadır”.
Daha çox xəbər:
Azərbaycanla Türkiyə İranla sərhəddə təlimlər keçirir - VİDEO
Gündəm / CəmiyyətTayvan Çinin yardım təklifindən imtina edib
Gündəm / DünyaOrdu tam şəkildə ayağa qaldırılır – İrimiqyaslı təlimlər keçiriləcək
SiyasətZirehli texnikalarımız döyüş tapşırıqlarını icra edir - VİDEO
Gündəm / VideoXİN: Tayvanın Çinin ayrılmaz hissəsi olması faktı gələcəkdə də dəyişməyəcək
Gündəm / Dünya