Gündəm / Dünya
03 aprel 2024
0
Tayvan Çinin yardım təklifindən imtina edib
Tayvan adasını idarə edənlər Çinin yardım təklifindən imtina edərək bunu vacib saymadıqlarını bildiriblər.
Bu barədə Tayvanın Çin üzrə komitəsinin açıqlamasında vurğulanıb.
Məlumata görə, komitə Çinə diqqətinə görə minnətdarlığını ifadə edərək qeyd edib ki, zəlzələdən sonra materikdən yardıma ehtiyac yoxdur.
İnformasiyaya əsasən, Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin rəsmi nümayəndəsi Çju Fenlian bildirmişdi ki, Çinin mərkəzi hökuməti vəziyyəti izləyir və adaya yardım göstərməyə hazırdır.
Qeyd edək ki, Tayvan adası tanınmır. Beynəlxalq güclər onu Çinin tərkib hissəsi sayır.
Xatırladaq ki, aprelin 3-də Tayvanın şərq sahillərində baş verən 7,2 maqnitudalı zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.
Daha çox xəbər:
Çinin ABŞ-dan necə əvəz çıxacağı MƏLUM OLDU
Siyasət / DünyaÇin ABŞ-ın "Sincan sanksiyaları" ilə əlaqədar cavab addımları atacaq
DünyaPompeo ABŞ-ın Çinin hərbi potensialını artırmasından narahat olduğunu bildirib
Siyasət / DünyaKissincer: “Səudiyyə Ərəbistanı ilə İranın razılaşması Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə dəyişdirir”
Gündəm / Dünya"Çin və Azərbaycan yaxşı dostlardır" - İlham Əliyev
Gündəm / Siyasət