Gündəm / Dünya
25 may 2024
0

Parisdə küçəyə Navalnının adı veriləcək

Parisdə küçəyə Navalnının adı veriləcək

Fransanın paytaxtı Parisdə küçəyə fevralda dünyasını dəyişən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının adı veriləcək.

Bu barədə məlumatı Parisin meri Ann İdalqo açıqlayıb.

Onun sözlərinə görə, Rusiyanın Parisdəki Səfirliyinin qarşısında yerləşən Şantemess küçəsinin adı dəyişdirilərək Aleksey Navalnının şərəfinə adlandırılacaq. Bu barədə qərarı isə Paris Şurası yekdilliklə qəbul edib.

Xatırladaq ki, 47 yaşlı A.Navalnı fevralın 16-sı Yamalo-Nenets Muxtar Dairəsində yerləşən “Polyarnıy volk” xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.